reklam
“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə bağladı
Sportfm.az xəbər saytı

“Qarabağ” Bədavi Hüseynovla yeni müqavilə bağladı


“Qarabağ” futbolçusu Bədavi Hüseynovla müqavilə müddətini uzadıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi ilə yeni 1 illik sözləşmə imzalanıb.

Bədavi Hüseynov 2027-ci ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq. 2012-ci ildən “Qarabağ”ın formasını geyinən Hüseynov bu komandanın heyətində Premyer Liqada meydana çıxdığı 267 oyunda 5 qol vurub.

Hüseynov “Qarabağ”la 11 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub, millidə 82 matçda 1 dəfə fərqlənib.

Oxşar xəbərlər

"Qarabağ" futbolçusu ilə müqaviləni yenilədi - 3 illik
Hüseynov Almeydaya çatır - Rekorda doğru
Zubir daha 3 il "Qarabağ"da - Müqavilə
"Qarabağ" Almeyda ilə müqavilə yenilədi - RƏSMİ
Bədavi “250”yə çatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər