reklam
15 qurtarışla tarixə düşdü -
Sportfm.az xəbər saytı

15 qurtarışla tarixə düşdü -FOTO


2026-cı il Dünya Çempionatının E qrupunda Kürasao tarixinin ən yaddaqalan nəticələrindən birinə imza atıb.

Sportfm.az xəbər verir ki, Karib hövzəsi təmsilçisi Ekvadorla 0:0 hesablı heç-heçə edərək mundial tarixində ilk xalını qazanıb.

Matçın əsas qəhrəmanı Kürasaonun qapıçısı Eloy Rom olub.

Kanzas-Sitidə keçirilən görüşdə Ekvadorun çoxsaylı hücumlarını dəf edən təcrübəli qolkiper düz 15 “seyv” edərək, komandasını məğlubiyyətdən xilas edib. Bununla da o, DÇ tarixində 90 dəqiqəlik oyunda ən çox “seyv” edən qapıçı adına sahib çıxıb.

Bu göstərici mundialın ümumi rekordundan cəmi bir “seyv” geri qalır. Rekord 2014-cü il DÇ-də Belçikaya qarşı 16 “seyv” edən ABŞ millisinin sabiq qapıçısı Tim Hovarda məxsusdur.

Təxminən 156 min əhalisi olan və DÇ-də iştirak edən ən kiçik ölkələrdən biri sayılan Kürasao məhz Romun möhtəşəm performansı sayəsində turnirdə ilk xalını əldə edib və növbəti mərhələ şansını qoruyub saxlayıb.

Oyundan sonra danışan Eloy Rom rekord göstəricidən xəbərsiz olduğunu bildirib.

“Matç zamanı bu barədə düşünmürdüm. Düzünü desəm, Tim Hovardın rekorduna çata bilmədiyim üçün bir az məyus oldum”, - o, zarafatla bildirib.

Oxşar xəbərlər

4 oyunda 19 dəfə - Şahruddindən inanılmaz performans
5 görüş, 32 seyv - Lunyov ilk üçlükdə
Şahruddin Məhəmmədəliyev 3-cü sırada - Ən çox seyv edən qapıçı
DÇ-2022-də ən çox “seyv” edən qapıçı - Şahruddin Məhəmmədəliyev
"Qarabağ"ın qapıçısı ən çox seyv edən qapıçı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər