DÇ-2022-də ən çox “seyv” edən qapıçı -Şahruddin Məhəmmədəliyev
UEFA dünya çempionatının seçmə mərhələsinin dördüncü turunun ilk oyunlarında sonra statistik göstəriciləri açıqlayıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçı ünvanına sahib çıxıb.
İyirmi yeddi yaşlı qolkiper yığmanın Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda iki dəfə komandasını real qoldan xilas edib. Ş.Məhəmmədəliyev əvvəlki turlarda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olduqları ilk qarşılaşmada 14, Serbiyaya 1:2 hesabı ilə uduzduqları görüşdə 5 “seyv”lə yadda qalıb.
O, hazırda 21 qurtarışla siyahıya başçılıq edir.
Qeyd edək ki, sentyabrın 4-də İrlandiyanın qonağı olacaq Azərbaycan millisi sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək.
Oxşar xəbərlər
Şahruddin ən çox qurtarış edən qapıçılar sırasında
Millimizin üzvü 3-cü oldu - UĞUR
Millimizin üzvü 3-cü oldu - DÇ-2022
Şahruddin Məhəmmədəliyev 3-cü sırada - Ən çox seyv edən qapıçı
Şahruddin yenə ən yaxşılar sırasında - DÇ-2022
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası