reklam
“Qarabağ”ın proqramında dəyişiklik edildi
Sportfm.az xəbər saytı

“Qarabağ”ın proqramında dəyişiklik edildi


“Qarabağ”ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.
Sportfm.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisindən məlumat verilib.

Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

“Köhlən atlar” iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG “Tirol” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.

İyunun 22-də Avstriyaya yollanacaq “Qarabağ” hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək. Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın “Xarkov” komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi “Ferentsvaroş”la qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər

"Qarabağ"ın Bakı hazırlığı - FOTO
“Qarabağ”ın hazırlıq planı məlum oldu
"Qarabağ" ilk məşqinə çıxdı - FOTO
"Qarabağ" Avstriyaya yola düşdü - FOTO
“Qarabağ” “Tvente” ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər