reklam
3 boksçumuz Dünya Kubokunun yarımfinalında!
Sportfm.az xəbər saytı

3 boksçumuz Dünya Kubokunun yarımfinalında!


Çinin Quyyan şəhərində boks üzrə dünya kubokunda 1/4 finala yekun vurulub.

Sportfm.az xəbər verir ki, reytinq xarakterli yarışda Azərbaycan millisinin daha iki idmançısı adını yarımfinala yazdırıb.

Səidcəmşid Cəfərov (75 kq) ikinci döyüşündə Muhammad Nurani (İran) ilə münasibətinə aydınlıq gətirib. Boksçumuz rəqibinə ikinci raundda nokautla qalib gəlib. O, yarımfinalda Qabriel Quidi Rontani (İtaliya) ilə qarşılaşacaq.

Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Marlon Sevehondan (Avstraliya) güclü olub. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib. Allahverdiyev yarımfinalda Cavohir Ummataliyevlə (Özbəkistan) döyüşəcək.

Bununla da özləri üçün ən azı bürünc medalı təmin edən boksçularımızın sayı 3-ə yüksəlib. Daha öncə Alfonso Dominqes (90 kq) də yarımfinala vəsiqə qazanıb.

Yarımfinal döyüşləri iyunun 20-də olacaq.

Oxşar xəbərlər

4 boksçumuz yarımfinala yüksəldi - Dünya kuboku
Üç boksçumuz dünya çempionatının yarımfinalında
İki boksçumuz yarımfinalda - Dünya kuboku
Boksçularımız dünya birinciliyinin yarımfinalında
Daha 3 boksçumuz Avropa çempionatının yarımfinalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər