Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Özbəkistan millisindən nümunəvi davranış
Özbəkistan millisi 2026-cı il dünya çempionatındakı debüt oyunundan sonra davranışı ilə diqqət çəkib.
Sportfm.az xəbər verir ki, Kolumbiya millisinə 1:3 hesabı ilə məğlub olan Asiya təmsilçisinin üzvləri matçdan sonra paltardəyişmə otağını səliqəyə salaraq ev sahibi tərəfə təşəkkür mesajı qoyublar.
Özbəkistan Futbol Assosiasiyasının sosial şəbəkə hesabında paylaşılan mesajda bunlar qeyd olunub:
“Meksika, çox təşəkkür edirik. Dünya çempionatında uğurlar. Rəhmət”.
Özbəkistan – Kolumbiya matçı Meksikadakı stadionda keçirilib və Cənubi Amerika təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Fabio Kannavaronun rəhbərlik etdiyi komanda mundialdakı növbəti oyununda Portuqaliya millisi ilə üz-üzə gələcək.

Oxşar xəbərlər
Özbəkistan DÇ-də ilk oyunda məğlub oldu
Kriştianu Ronaldo 6-cı dəfə dünya çempionatında
Kannavaro Özbəkistan millisində
Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etdi
Alfonso Dominges Özbəkistan təmsilçisinə qarşı - PARİS - 2024
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası