Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kriştianu Ronaldo 6-cı dəfə dünya çempionatında
Kriştianu Ronaldo Portuqaliya millisinin heyətində 2026-cı il dünya çempionatına yollanacaq.
Sportfm.az xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun 41 yaşlı hücumçusu ABŞ, Kanada və Meksikada keçiriləcək mundial üçün yığmanın yekun heyətinə daxil edilib.
Bu, Ronaldonun karyerasında altıncı dünya çempionatı olacaq. Portuqaliyalı futbolçu ilk dəfə 2006-cı ildə Almaniyada təşkil olunmuş mundialda iştirak edib.
Təcrübəli hücumçu hazırda milli komandalar tarixinin ən məhsuldar futbolçusudur. O, Portuqaliya millisinin heyətində keçirdiyi 226 oyunda 143 qol vurub.
Portuqaliya millisi dünya çempionatının K qrupunda Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.

Oxşar xəbərlər
Ronaldo dönüşünü qolla qeyd etdi
Əfsanəvi futbolçunun 41 yaşı oldu
Dünya çempionatının səbətləri açıqlandı
Ronaldo “Əl-Nəsr”in ortaqı olacaq
Ronaldodan daha bir dünya rekordu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası