reklam
Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etdi
Sportfm.az xəbər saytı

Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin etdi


Özbəkistan milli komandası tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək.

Sportfm.az xəbər verir ki, özbəklər final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin edib. Özbəklərin yarışdığı A qrupunda daha əvvəl İran millisi (hazırda 9 oyundan 21 xalı var) mundiala vəsiqə qazanmışdı. İkinci vəsiqənin sahibi isə özbəklər olub (9 oyundan 18 xal).

Bugünkü heç-heçə onların BƏƏ üzərində dörd xallıq üstünlüyünü qorumağa imkan verib.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.

Oxşar xəbərlər

Dünya Çempionatında iştirak edəcək 5-inci komanda məlumdur
Azərbaycan millisindən növbəti qələbə - Dünya çempionatı
Daha bir ölkə dünya çempionatında - DÇ-2022
Dünya Çempionatında iştirak edəcək 6-cı ölkə məlum oldu
DÇ-2018-də iştirak edəcək üçüncü yığmanın adına aydınlıq gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər