reklam
Ağdam klubundan 3-cü transfer
Sportfm.az xəbər saytı

Ağdam klubundan 3-cü transfer


"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

Sportfm.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Portuqaliyanın “Portimonense” klubu ilə danışıqlar müsbət nəticələnib və Samuel Lobato “Qarabağ”a keçib.

24 yaşlı portuqaliyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2025-ci ildən “Portimonense”də çıxış edən orta sahə oyunçusu ilk dəfə legioner həyatı yaşayacaq. Lobato 2015-2021-ci illər aralığında Portuqaliyanın məşhur “Sportinq” klubunun akademiyasında yetişib. O, karyerası ərzində həmçinin “Famalikao”, B SAD və “Tondela” klublarında da çıxış edib.

Xatırladaq ki, Samuel Lobato yay transfer pəncərəsində komandaya qoşulan üçüncü futbolçudur. Onadək Jali Mauddib və Zakaria Savonun keçidi rəsmiləşib.

Oxşar xəbərlər

"Qarabağ"dan ikinci möhtəşəm transfer - RƏSMİ
"Qarabağ"ın yeni transferi - RƏSMİ
"Qarabağ"da İspaniyalı futbolçu
"Qarabağ"dan ikinci transfer
"Qəbələ"dən ilk transfer - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər