reklam
Cahangir Həsənzadəni niderlandlı mütəxəssis əvəz edəcək
Sportfm.az xəbər saytı

Cahangir Həsənzadəni niderlandlı mütəxəssis əvəz edəcək


AFFA-nın texniki direktoru vəzifəsinə yeni təyinat olacaq.

Sportfm.az xəbər verir ki, bu vəzifəyə niderlandlı mütəxəssis Edmond Klaus gətiriləcək.

Artıq Bakıda olan Klaus Azərbaycan müxtəlif yaş qrupları üzrə milli komandalarının oyunlarını izləyib. O, bu vəzifədə Cahangir Həsənzadəni əvəz edəcək.

Niderlandlı funksionerin son iş yeri “Ayaks” akademiyası olub. O, burada texniki koordinator və müvəqqəti akademiya rəhbəri kimi fəaliyyət göstərib. Bundan başqa, Klausun Çin futbolunda da təcrübəsi var. O, Çin U-20 millisində məşqçi və gənclər futbolunun inkişafı üzrə rəhbər vəzifələrdə çalışıb.

59 yaşlı mütəxəssisin yaxın günlərdə AFFA tərəfindən rəsmi şəkildə təqdim olunacağı gözlənilir. (azerisport.com)

Oxşar xəbərlər

Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
AFFA Akademiyaları qiymətləndirdi - "İmişli"də heçnə yoxdur
"Neftçi"də yeni təyinat
Millimizin yeni baş məşqçisi açıqlandı
Sərxan Hacıyev getdi, yerinə o gəldi! - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər