reklam
Millimizin yeni baş məşqçisi açıqlandı
Sportfm.az xəbər saytı

Millimizin yeni baş məşqçisi açıqlandı


Üzgüçülük üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu post isveçrəli Luka Qabriloya həvalə olunub.

Mütəxəssis milli komanda üzvlərinə AÜF-ün baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə federasiyanın müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak ediblər.

Qeyd edək ki, 15 il məşqçilik təcrübəsinə malik olan Luka Qabrilo daha əvvəl İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Onun rəhbərliyi altında idmançılar Avropa və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanıblar.

Peşəkar fəaliyyətinə İsveçrədə başlayan 44 yaşlı məşqçi 2010-2017 illərdə İsveçrə Üzgüçülük Federasiyası sistemində müxtəlif vəzifələrdə – komanda meneceri, baş məşqçi, Yüksək Nəticələr Mərkəzinin rəhbəri kimi çalışıb. Daha sonra İsrail milli komandasının baş məşqçisi və Tokio-2020 Yay Olimpiya Oyunlarında nümayəndə heyətinin rəhbərlərindən biri olub.

L.Qabrilo həmçinin Beynəlxalq Üzgüçülük Liqasında (ISL) çalışıb və bu müddətdə “Team Iron” komandasının baş məşqçisi kimi fəaliyyət göstərib.

Oxşar xəbərlər

Üzgüçülük Federasiyasında yeni təyinat
Cüdo millilərinin məşqçi heyətində dəyişiklik edildi
Millimizdə yeni baş məşqçi
“İmişli”nin yeni baş məşqçisi məlum oldu
Millinin baş məşqçisi "Neftçi"də - Təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər