reklam
Açılış oyunu braziliyalı hakimlərə tapşırıldı -
Sportfm.az xəbər saytı

Açılış oyunu braziliyalı hakimlərə tapşırıldı -DÇ-2026


DÇ-2026-nın açılış oyununu idarə edəcək hakimlər briqadası açıqlanıb.

Sportfm.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

A qrupunda Meksika və CAR milliləri arasında keçiriləcək açılış qarşılaşmasını braziliyalı hakim Vilton Sampaio idarə edəcək. Ona həmyerliləri Bruno Pires və Bruno Boşilya kömək edəcəklər. VAR hakimi funksiyasını isə kolumbiyalı Nikolas Qallo yerinə yetirəcək.

Qarşılaşma iyunun 11-də Mexikoda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, DÇ-2026 mundiallar tarixində ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək. FİFA turnirin oyunlarına 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi təyin edib.

Oxşar xəbərlər

Azərbaycan – Syerra Leone oyununun hakimləri açıqlandı
“Nyukasl” – “Qarabağ” matçını Davide Massa idarə edəcək
Hakimimiz Rusiya millisinin oyununu idarə edəcək
Əliyar Ağayev xorvatların oyununu idarə edəcək
Təmsilçimizin oyunu Qala tapşırıldı - TƏYİNAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər