reklam
Təmsilçimizin oyunu  Qala tapşırıldı -
Sportfm.az xəbər saytı

Təmsilçimizin oyunu Qala tapşırıldı -TƏYİNAT


"Sabah"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Petrokub"la (Moldova) keçirəcəyi oyunların başlama saatları və hakimləri müəyyənləşib.

Sportfm.az xəbər verir ki, iyulun 24-də Kişinyovdakı "Zimbru" stadionunda keçiriləcək ilk qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oyunu İsraildən olna hakimlər briqadası idarə edəcək. Qal Leiboviç matçın baş hakimi olacaq. Ona Omer Barbiro və Yossi Babayoff kömək edəcəklər. Dekel Zino dördüncü hakim funksiyasını yerinə yetirəcək.

İyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək cavab görüşü isə saat 20:00-da başlayacaq. Bu görüşü isə serbiyalı hakimlər idarə edəcək. Baş hakim Danilo Nikoliç olacaq. Milan Şutuloviç və İvan Mikalaçki köməkçi, İvan Stamenkoviç isə dördüncü hakim funksiyasını yerinə yetirəcəklər.

Oxşar xəbərlər

Bakıdakı görüşü Xristos idarə edəcək - Təyinat
“Araz-Naxçıvan”ın “Aris”lə matçlarının hakimləri məlum oldu
Ağır oyun Verbumenə həvalə edildi
“Zirə” – “Şerif” matçını qazaxıstanlı hakim idarə edəcək
RFŞ – “Sabah” oyununun təyinatları - Konfrans Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər