reklam
Həbiblə müqavilə uzadıldı  -
Sportfm.az xəbər saytı

Həbiblə müqavilə uzadıldı -RƏSMİ


"Şamaxı" daha bir futbolçusu ilə bağlı qərarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, əyalət təmsilçisi Həbib İsmayılovla müqaviləni yeniləyib.

23 yaşlı vingerlə anlaşma iki illik nəzərdə tutulub. "Neftçi"nin yetirməsi futbolçu "şirlər"in heyətində ötən mövsümdən çıxış edir.

O, başa çatan sezonda 18 oyunda meydana çıxıb. Bugünlərdə "Şamaxı"dan Ayxan Abbasov, Kərim Rossi, Rüfət Abbasov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Səlim Həşimov, Rodriqo Fernandes, Andrey Tirkoveanu, Arsen Ağcabəyov, Rafael Məhərrəmli, Vladislav Veremeyev, Nihat Mehralıyev, Bilal İsmayılov, Sezar Enrike, Ravil Qafarov və Alfons Mabula Msanqa gedib, Abdulla Seydəhmədovla anlaşmanın müddəti uzadılıb.

Oxşar xəbərlər

"Şamaxı"da növbəti ayrılıq
"Şamaxı" onunla yeni müqavilə imzaladı
"Şamaxı"da 15-ci ayrılıq
"Şamaxı" daha bir futbolçusunu göndərdi - FOTO
"Şamaxı" daha bir futbolçu ilə yollarını ayırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər