reklam
Azərbaycanın 4 lisenziyası əlindən alına bilər
Sportfm.az xəbər saytı

Azərbaycanın 4 lisenziyası əlindən alına bilər


Azərbaycanın Olimpiya millisinin Yay Olimpiya Oyunlarına qazandığı lisenziyaların 4-ü alına bilər. Apasport.az saytının məlumatına görə, Rioya 48 vəsiqə qazanan (6 cüdoçumuzun lisenziyası rəsmən açıqlanmadığı üçün nəzərə almamışıq - red.) komandamız Braziliyaya ağırlıqqaldıranlarsız gedə bilər.
 
Buna səbəb Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun orqanizmində istifadəsi qadağan preparat aşkarlanmasıdı.
 
Belə ki, ölkəmiz məhz bu idmançıların hesabına ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 16-cı yeri tutaraq, Rioya 4 lisenziya əldə etmişdi. Lakin artıq Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 6 atletimizin nəticəsini rəsmən ləğv edib. Bu səbəbdən də ötən ilin sonunda qazanılan lisenziyaların ölkəmizdən alınacağı gözləniləndi.
 
Maraqlıdı ki, Azərbaycan Ağır Atletika Federasiyası öncədən bu qalmaqaldan xəbərdar olub. Çünki artıq cəzalanan 6 ağırlıqqaldıran bu il Avropa çempionatı üçün sifariş edilsə də, son anda heyətdən kənarlaşdırılmışdı. Yekunda ölkəmiz yarışın keçirildiyi Norveçə gənclərlə yollanmışdı. Onların nəticələrinin ləğv olunmamağı isə Azərbaycana 1 lisenziya və 1 "wild card” qazandıra bilər. Təbii ki, bu beynəlxalq qurumun ölkəmizə sanksiya verməyəcəyi və yerli federasiyanın cəriməni vaxtında ödəyəcəyi halda reallaşacaq.
 
Ancaq hələlik Beynəlxalq Ağırlıqqaldırma Federasiyası yığmamızın aktivindəki lisenziyaları toxunulmaz saxlayıb. Onlar vəsiqələri ləğv etməyəcəkləri halda belə Braziliyaya bu idman növündə "turist” kimi gedəcəyimiz sözsüzdü.
 
Qeyd edək ki, Əliquluzadə, Angelova, Quliyev, Valentin və Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub.
 
Əliquluzadə, Quliyev və Xristovdan yalnız istifadəsi qadağan olunmuş nandrolon aşkarlanıb. Angelova və Zairovdan nandrolondan əlavə, dehidroxlorometiltestosteron, Dadaşbəylidən isə nandrolonla yanaşı, qanında boldenon aşkarlanıb.

Oxşar xəbərlər

Dünya çempionumuzda dopinq aşkarlandı
Daha bir ağırlıqqaldıranımızda dopinq tapıldı
Rio-2016: Azərbaycanın daha üç lisenziyası əlindən alındı
Daha bir boksçumuz olimpiya lisenziyası qazandı
Yığmamıza cəza, cəza dalınca!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər