Daha bir boksçumuz olimpiya lisenziyası qazandı
Azərbaycan Rio Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin aktivinə 54-cü vəsiqəni boksçu Teymur Məmmədov yazdırıb.
81 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız bu hüquqa Bakıda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yiyələnib. Rioda bayraqlarımız olmağa yeganə namizəd paytaxtımızdakı turnirdə yarımfinala yüksəlməklə Braziliyaya bileti sifariş verib.
Bununla, boks üzrə kişilərdən ibarət millimizin Rioya lisenziya sayı 8-ə çatıb.
Qeyd edək ki, Şahsuvalıdan öncə Olqa Senyuk (kamandan oxatma), Rostislav Pevtsov (triatlon) Səbinə Mikina (qılıncoynatma, sablya), Olqa İsmayılova, Yelena Pavluxina, Maksim Averin (hər üçü velosiped idmanı), Maksim Şemberev (üzgüçülük), Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq), Radik İsayev (hamısı taekvondo, +80 kq), Oleq Stepko, Petro Paxnyuk (hər ikisi idman gimnastikası), Marina Durunda (bədii gimnastika), Nazim Babayev (üçtəkanla tullanma), Hayle İbrahimov (5000 m), Anna Skidan (hər üçü atletika, çəkicatma), İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m), Valentin Demyanenko (kanoe, 200 m), Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m), Yuri Meqliç (kanoe-slalom), Yana Alekseyevna (60 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomoyor (64 kq), Pərviz Bağırov (69 kq), Abdulqadir Abdulayev (91 kq), Məhəmmədrəsul Məcidov (hamısı boks, +91 kq), Elvin Mürsəliyev (75 kq), Sabah Şəriəti (130 kq), Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Saman Təhmasibi (hamısı yunan-Roma güləşi, 85 kq), Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (qadın güləşi, 58 kq), Mircəlal Həsənzadə (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (75 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Camaləddin Məhəmmədov (sərbəst güləş, 125 kq) və Ruslan Lunyov (güllə atıcılığı) Olimpiadada iştirak hüququ qazanıb.
Onlardan əlavə, 6 cüdoçumuz da Rioya yollanacaq. Bu komandamızın heyətində Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məhəmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokaurinin (+100 kq) yer alacağı dəqiqdi. 60 kq və 100 kq çəki dərəcələrinin hərəsində isə 2 idmançımız bu hüquqa yiyələnib. Onlardan Olimpiadaya hansının yollanmasına baş məşqçi qərar verəcək. Bütün cüdoçuların adlarının iyunun sonu, iyulun əvvəlində açıqlanacağı gözlənilir. Çünki Beynəlxalq Cüdo Federasiyası hələlik yekun reytinqi və Rioya yollanacaq idmançıların siyahısını dərc etməyib.
Bu idmançılarla yanaşı, kişilərdən ibarət ağırlıqqaldırma millimiz də 3 vəsiqəyə sahib olub. Onların 1 lisenziyası dopinq qalmaqalına görə geri alınıb. Həmçinin Boyanka Kostovaya "wild card” verilməsi gözlənilsə də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qadınlardan ibarət yığmamızın olmayan 1 vəsiqəsini də ləğv edib.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |