reklam
Elvin Necəfzadə  Avropa çempionu oldu -
Sportfm.az xəbər saytı

Elvin Necəfzadə Avropa çempionu oldu -FOTO


Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatının dördüncü yarış günündə Azərbaycanın daha 2 güləşçisi fəxri kürsüyə qalxıb.

Sportfm.az xəbər verir ki, Elvin Necəfzadə (85 kq) finalda rusiyalı İbragim Maqomedovla qarşılaşıb.

Görüş gərgin mübarizə şəraitində keçib. Nəcəfzadə 1:4 hesabı ilə geridə olsa da, əzmkarlıq göstərərək geridönüş edib. Son saniyələrdə qazandığı xallarla 5:4 hesablı qələbə qazanan azərbaycanlı sərbəst güləşçi Avropa çempionu olub.
Gülay Xasməmmədova (36 kq) isə həlledici görüşdə rusiyalı Yelizaveta Kirillovaya “tuş”la məğlub olaraq gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan güləşçilərinin Avropa çempionatında medallarının sayı 6-ya çatıb. Bunlar 4 "qızıl", 1 "gümüş" və 1 "bürünc"dən ibarətdir.

Oxşar xəbərlər

Güləşçimiz Avropa çempionu oldu
Güləşçimiz Avropa çempionu oldu
Daha iki güləşçimiz Avropa çempionu oldu
Taekvondoçumuz Avropa çempionu oldu
Sərbəst güləşçilərimiz 3 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər