Lars Laqerbek:"Biz neçə dəfə özümüz rəqibə qol vurmaq şansı yaratdıq"
Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek Osloda yığmamıza 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb: "Bugünkü matçda əsas məsələ qələbə qazanmaq idi. Biz də buna nail olduq. Futbolçularımın oyunundan və matça yanaşmalarından xeyli razı qaldım. Bu 3 xal bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Biz neçə dəfə özümüz rəqibə qol vurmaq şansı yaratdıq. Qarşıdakı görüşlərdə belə səhvləri təkrarlamaq olmaz. Bununla belə, oyundan razıyam. Biz məqsədimizə nail olduq".
İsveçli mütəxəssis qol epizodlarından lazımınca yararlana bilməmələrindən narahatlıq ifadə edib. Onun fikrincə, bu hal Almaniya ilə qarşıdakı görüşdə komandaya problem yarada bilər. Müdafiə xəttindən razılıq ifadə edən təcrübəli baş məşqçi hücum xətti üzərində işləməyə zərurət olduğunu söyləyib. O, İslandiya yığmasındakı uğurlu fəaliyyətindən sonra Norveç millisindəki işini qiymətləndirməyə tələsməyib: "Hələlik qiymət verməyə tələsmirəm. Çünki cəmi 4 matç keçirmişəm. Ümidvaram ki, Norveçdəki işim İslandiyadakı kimi uğurlu olacaq".
Oxşar xəbərlər
"Oyundan və nəticədən razı qaldım" - Qurban Qurbanov
"Futbolçulardan razı qaldım" - Milan Obradoviç
Lars Laqerbek:"Azərbaycan millisi çox yaxşı komandadır"
"Azərbaycan və Almaniya ilə oyunlarda 2 xal pis nəticə sayılar"
Öncə Lars Laqerbek, sonra Robert Prosineçki
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası