"Azərbaycan və Almaniya ilə oyunlarda 2 xal pis nəticə sayılar"
Azərbaycan və Almaniya ilə oyunlar bizim üçün böyük önəm kəsb edir.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.
Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də Azərbaycanla, ayın 4-də isə Almaniya ilə üz-üzə gələcək.
Norveç mətbuatına açıqlama verən Laqerbek bu oyunlar haqda danışıb. 69 yaşlı mütəxəssis yaxşı nəticə qazanmaq istədiklərini bildirib: "Ümidsiz deyiləm. Başa düşürəm ki, qələbə qazanmaq lazımdı. Qalib ruhunu formalaşdırmaq üçün bunu etməliyik. Futbolçular qələbə qazananda inkişaf edirlər. Amma arxı keçmədən "hop" demək olmaz. Sadəcə, iki oyunda 2 xal qazanmaq bizim üçün pis nəticə sayılar".
İsveçli çalışdırıcı komandasında ab-havanın yaxşı olduğunu əlavə edib. O, futbolçuların həm Azərbaycan, həm də Almaniya ilə görüşlərə böyük önəm verdiklərini vurğulayıb: "Futbolçular Azərbaycan və Almaniya ilə oyunöncəsi sakitdilər, üzərimizdə heç bir təzyiq yoxdu. Onlar hər iki matçın vacib olduğunu anlayırlar və işlərinə məsuliyyətli yanaşırlar".
Oxşar xəbərlər
"Qələbə ilə birlikdə yaxşı oyun göstərdik" - Qurban Qurbanov
"Malta - Azərbaycan oyununun nəticəsi bizim üçün əlverişli oldu" - Kosovonun baş məşqçisi
“Futbolçularımız Azərbaycan səfərində təəccübləndilər”
Foqts: "Azərbaycanlılar güləşdə və şahmatda daha yaxşıdılar"
Lars Laqerbek:"Biz neçə dəfə özümüz rəqibə qol vurmaq şansı yaratdıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası