Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Nərimanın qol ötürməsi komandasaına qələbə qazandırdı -VİDEO
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ Açıq Kubokunda "Kolambus Kru"nun qələbəsində həlledici rol oynayıb.
Sportfm.az xəbər verir ki, MLS təmsilçisi 1/4 final mərhələsində "Nyu York Siti" üzərində 1:0 hesablı qələbə qazanaraq uzun fasilədən sonra yarımfinala yüksəlib.
Oyunun taleyini həll edən epizodda əsas pay sahiblərindən biri məhz Axundzadə olub. Azərbaycanlı hücumçu 59-cu dəqiqədə mərkəzdə topu qəbul etdikdən sonra sürətli əks-hücumu başlatmaq üçün dəqiq ara ötürməsi verib. Sol cinahdan hücuma qoşulan Maks Arfsten cərimə meydançasına daxil olduqdan sonra topu qapının aşağı küncünə göndərərək görüşün yeganə qolunu vurub.
Qeyd edək ki, yarımfinal oyunları yayda ABŞ-da keçiriləcək dünya çempionatı ilə əlaqədar 16-17 sentyabrda baş tutacaq. "Kolumbus Kru" doğma meydanda "Orlando Siti" ilə qarşılaşacaq. Digər yarımfinal duelində isə "Kolorado Rapids" və "Sent Luis Siti" üz-üzə gələcək.
“Kolumbus Kru” – “Orlando Siti” cütünün qalibi 21 oktyabrda keçiriləcək ABŞ Kubokunun 111-ci finalına ev sahibliyi edəcək.

Oxşar xəbərlər
Nərimana az vaxt verildi, komandası uduzdu - MLS
Nərimanın komandası uduzdu
Nəriman oynadı, komandası qələbə qazandı
Nəriman MLS-də qələbəyə sevindi
Nəriman Axundzadə Nəriman Axundzadə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası