reklam
Qəbələdə turun ilk oyunu -
Sportfm.az xəbər saytı

Qəbələdə turun ilk oyunu -YENİLƏNİR


Bu gün Azərbaycan Premyer Liqasında son turun ilk oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, XXXIII tur matçında "Qəbələ" və "Şamaxı" komandaları üz-üzə gələcək.

Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da başlanacaq.

"Qəbələ" 32 oyunda 24 xalla 11-ci, "Şamaxı" 38 xalla 8-ci yerdədir. Matçın nəticəsi komandaların mövqelərinə heç bir təsir göstərməyəcək.

İki kollektivin əvvəlki 61 görüşünün hərəyə 20-də bərabər sayda qələbələr qeydə alınıb, 21 qarşılaşma heç-heçə ilə yekunlaşıb. Topların nisbətində "Şamaxı" öndədir - 75:68.

Son üç matçda meydan sahibi olan komanda qol vurmayıb. Cari mövsümün qarşılaşmalarında qonaq olan komanda qalib gəlib.

Azərbaycan Premyer Liqası, XXXIII tur
21 may (cümə axşamı)

18:30. “Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu

Qeyd edək ki, turun qalan oyunları 22 - 24 mayda keçiriləcək.

Oxşar xəbərlər

"Şamaxı" "Sabah"a, "Zirə" "Qəbələ"yə qarşı - Premyer Liqa
"Şamaxı" evdə, "Qəbələ" səfərdə - YENİLƏNİR
Bu gün Qərb derbisi var - Premyer Liqa
Bu gün 2 qarşılaşma olacaq - Premyer Liqa
“Şamaxı” səfərdən 3 xalla qayıdır - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər