reklam
Bu gün 2 qarşılaşma olacaq -
Sportfm.az xəbər saytı

Bu gün 2 qarşılaşma olacaq -Premyer Liqa


Bu gün Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.

Əvvəlcə "Şamaxı" və "Zirə" komandaları üz-üzə gələcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.

Hazırda "Zirə" 14 oyundan 27 xalla 3-cü, "Şamaxı" 17 xalla 7-ci pillədə qərarlaşıb. İki komandanın 36 matçının 7-də əyalət, 16-da paytaxt təmsilçisi qələbə qazanıb, 13 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Zirə" öndədir - 48:32.

Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv son 4 oyunda qələbə qazanıb. Axırıncı 3 görüşün hərəsində üç qol vurulub.

Günün digər oyunu "Turan Tovuz" və "Sabah" arasında gerçəkləşəcək. Tovuz şəhər stadionunda baş tutacaq matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Tovuz komandasının ötən tur "Qəbələ" ilə səfər matçı qatı duman səbəbindən yarımçıq qalıb və gələn ilə təxirə salınıb. Hazırda bu kollektiv 13 oyundan 24 xalla 5-ci pillədə yer alıb. Ötən tur "Neftçi" üzərində 2:0 hesablı inamlı qələbə qazanmış Masazır təmsilçisi isə eyni sayda görüşdən sonra 28 xalla 2-cidir.

İki komandanın əvvəlki 13 görüşünün 4-dən "Turan Tovuz", 6-dan "Sabah" qalib ayrılıb, 3 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində isə masazırlıların minimal üstünlüyü var - 18:17.

“Sabah” son 5 matçda qol vurub. “Turan Tovuz” axırıncı 3 ev oyununda xal qazanıb.

Azərbaycan Premyer Liqası, XV tur
13 dekabr (şənbə)
14:00. “Şamaxı” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu

16:30. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu

Qeyd edək ki, turun qalan oyunları 14-15 dekabrda keçiriləcək.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
“Turan” və “Şamaxı” 3 xal istəyində - Premyer Liqa
“Zirə” – “Sabah” matçının təyinatları - Misli Premyer Liqası
“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı - Misli Premyer Liqası
"Zirə" – "Qarabağ" matçının hakimləri açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər