reklam
“Qarabağ”ın Avroliqada güclü rəqibləri -
Sportfm.az xəbər saytı

“Qarabağ”ın Avroliqada güclü rəqibləri -SİYAHI


“Aston Villa”nın Avropa Liqasının finalında qələbə qazanması turnirin yeni mövsümündə 1-ci təsnifat mərhələsində iştirak edəcək komandaların sayına təsir edib.

Sportfm.az xəbər verir ki, artıq ilk təsnifat mərhələsində 16 yox, 12 komanda mübarizə aparacaq. Bu komandalar arasında Azərbaycanın vitse-çempionu “Qarabağ” da var.

Ağdam təmsilçisi püşkatmada səpələnmişlər sırasında olacaq.

Dəyişiklikdən sonra səpələnmiş və səpələnməmiş komandaların sayı 8 yox, 6 olub. “Qarabağ”ın mümkün rəqiblərindən 5-i artıq məlumdur:

- “Voyvodina” (Serbiya)
- “ÇFR Kluj (Rumıniya)
- “Aluminiy” (Sloveniya)
- “Derri Siti” (İrlandiya)
- “Vestri” (İslandiya)

6-cı mümkün rəqib isə Slovakiyanın “Jilina” və ya Moldovanın “Zimbru” klubu olacaq. “Zimbru” mayın 23-də ölkə kubokunun finalında qalib gəlsə, bu siyahıya daxil ediləcək.

Qeyd edək ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək. Bir gün sonra 2-ci təsnifat mərhələsinin püşkü atılacaq və “Qarabağ” burada da səpələnmişlər sırasında yer alacaq.

Lakin əgər “Qarabağ” mərhələ adlayarsa, iyulun 20-də keçiriləcək 3-cü təsnifat mərhələsinin püşkatmasında səpələnməmişlər sırasında düşmək ehtimalı var./haqqın.az/

Oxşar xəbərlər

“Sabah”ın 14 mümkün rəqibindən 13-ü bilindi - Çempionlar Liqası
"Qarabağ"ın "dişinə görə" 4 rəqib - Çempionlar Liqası
"Qarabağ" "Ayax"la qarşılaşa bilər
"Qarabağ"ın 4 potensial rəqibi bilindi
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri artır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər