reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın 4 potensial rəqibi bilindi


Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin  püşkatması olacaq.

Sportfm.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Ardıcıl dördüncü dəfə ölkəmizi qitəinin ən nüfuzlu klub turnirində təmsil edəcək "Qarabağ” da bu gün rəqibini tanıyacaq.

Mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulacaq Ağdam klubu səpələnmişlər sırasında yer alacaq. Artıq komandamızın potensial rəqibləri bəlli olub. Püşkdən bir neçə saat öncə UEFA klubları qruplara bölüb. Bununla təmsilçimizin mümkün rəqiblərinin sayı azalaraq 5-ə düşüb. Bunlar "Jalgiris” (Litva), "Düdelanj” (Lüksemburq), "Samtredia” (Gürcüstan), "Buduçnost” (Çernoqoriya) və ilk mərhələdə 1-ci cütün qalibi olacaq.

Birinci təsnifat mərhələsində aşağıdakı komandalar mübarizə aparacaq:

Səpələnmişlər

TNS (Uels) – 5,775

"Linfild” (Şimali İrlandiya) – 3,650

"Vikinqur” (Farer adaları) – 2,950

"Hibernians” (Malta) – 2,800

"Santa-Koloma” (Andorra) – 2,733


Səpələnməmişlər

"Alaskert” (Ermənistan) – 2,525

"La Fiorita” (San-Marino) – 1,566

"Europa” (Cəbəllütariq) – 1,500

"İnfonet” (Estoniya) – 1,300

"Trepça” (Kosova) – 1,000

Qurban Qurbanovun komandası üçün Ermənistan təmsilçisi rəqib ola bilməyəcək.

Oxşar xəbərlər

Bu gün “Qarabağ”ın rəqibi məlum olacaq - Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
Ramil Şeydayev Bakıya gələ bilər!
Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri artır
“Qarabağ” Lüksemburqa yollanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər