reklam
Avropa Liqasının qalibi
Sportfm.az xəbər saytı

Avropa Liqasının qalibi "Aston Villa"dır -Uğur


Avropa Liqasında 2025/26 mövsümünün qalibi məlum olub.

Sportfm.az xəbər verir ki, həlledici görüşdə “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) komandaları üz-üzə gəlib.

İstanbuldakı “Beşiktaş Park” stadionunda keçirilən oyun “Aston Villa”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Aston Villa” 1981/82 mövsümündə Avropa kubokunu (indiki Çempionlar Liqası) və UEFA Superkubokunu qazanıb. Beləliklə, Birmingem təmsilçisi 44 ildən sonra yenidən avrokuboklarda titul əldə edib. “Aston Villa”nın baş məşqçisi Unay Emeri isə 5-ci dəfə Avropa Liqasının qalibi olub.

Avropa Liqası
Final
20 may

Frayburq (Almaniya) – Aston Villa (İngiltərə) 0:3
Qollar: Tilemans, 41, Buendia, 45+3, Rocers, 53.
İstanbul. “Beşiktaş Park”.

Oxşar xəbərlər

İstanbul finalına doğru - YENİLƏNİR
"Frayburq" və "Aston Villa" titul uğrunda mübarizə aparacaq - Avropa Liqası
“Aston Villa” – PSJ 3:2 - VİDEO
Avropa Liqasının himni, Çempionlar Liqasının oyunu - PSJ və "Barselona" yarımfinalda
"Barselona" "Borussiya"ya, PSJ "Aston Villa"ya qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər