reklam
Sportfm.az xəbər saytı

"Frayburq" və "Aston Villa" titul uğrunda mübarizə aparacaq -Avropa Liqası


UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

Sportfm.az xəbər verir ki, qarşılaşmalardan biri İngiltərənin "Aston Villa" və "Nottingem Forest" komandaları arasında oynanılıb.

Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Bu komandaların ilk görüşündə "Nottingem Forest" 1:0 hesablı qələbə qazanmışdı. Beləliklə, "Aston Villa" iki oyunun yekununda adını finala yazdırıb.

Digər finalçı isə Almaniyada "Frayburq" ilə Portuqaliya "Braqa"sının oyununun yekununda müəyyənləşib. İlk matçda 1:2 hesabı ilə uduzmasına baxmayaraq, "Frayburq" öz meydanındakı görüşdə fərqli qələbə qazanıb - 3:1. Nəticədə Almaniya təmsilçisi iki oyunun cəmində 4:3 hesablı üstünlüklə finala adlayıb.

UEFA Avropa Liqası

Yarımfinal, cavab görüşləri

7 may

23:00. "Aston Villa" (İngiltərə) - "Nottingem Forest" (İngiltərə) - 4:0

Qollar: Olli Uotkins, 36. Emiliano Buendia, 58 (pen.); Con Makgin, 77; 80

Baş hakim: Qlenn Niberq (İsveç)
Birmingem, "Villa Park"
İlk oyun - 0:1
23:00. "Frayburq" (Almaniya) - "Braqa" (Portuqaliya) - 3:1
Qollar: Lukas Kübler, 19; 72. Joan Manzambi, 41 - Pau Viktor, 79
Qırmızı vərəqə: Mario Dorjeles, 7 ("Braqa")
Baş hakim: Davide Massa (İtaliya)
Qırmızı vərəqə: Mario Dorqeles ("Braqa"), 6
"Europa Park" stadionu
İlk oyun - 1:2
Qeyd edək ki, "Aston Villa" və "Frayburq" arasındakı final oyunu mayın 20-də Türkiyənin İstanbul şəhərindəki "Beşiktaş Park" stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Avropa Liqasında yarımfinal həyəcanı - YENİLƏNİR
İki İngiltərə təmsilçisi yarımfinalda - Avropa Liqası
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
"Portu" Almaniyada qalib gəldi - Avropa Liqası
“Bolonya” “Aston Villa”ya, “Selta” “Ştutqart”a məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər