reklam
İstanbul finalına doğru -
Sportfm.az xəbər saytı

İstanbul finalına doğru -YENİLƏNİR


Bu gün Türkiyənin İstanbul şəhəri UEFA Avropa Liqasının final matçına ev sahibliyi edəcək.

Sportfm.az xəbər verir ki, Almaniyanın "Frayburq" və İngiltərənin "Aston Villa" komandaları arasındakı görüş "Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Tüpraş" stadionunda təşkil olunacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşmanı fransalı referi Fransua Leteksye idarə edəcək.

"Frayburq" ilk dəfə qitəmiqyaslı turnirin finalında çıxış edəcək. "Aston Villa" isə artıq 1981/1982 mövsümündə Çempionlar Kubokunun (hazırkı Çempionlar Liqası) qalibi olub.

Almaniya təmsilçisinin baş məşqçisi Yulian Şuster zədəli futbolçu Yuito Suzukinin xidmətindən yararlana bilməyəcək. Onun rəqib həmkarı Unay Emerinin sərəncamındakı oyunçulardan yalnız Amadu Onananın matçda iştirakı sual altındadır.

UEFA Avropa Liqası
Final
20 may
23:00. "Frayburq" (Almaniya) - "Aston Villa" (İngiltərə)
Baş hakim: Fransua Leteksye (Fransa)
Yan xətt hakimləri: Siril Munye, Mehdi Rahmuni (Fransa)
Dördüncü hakim: Alexandro Hernandes (İspaniya)
VAR hakimi: Jerom Brisar
VAR hakiminin köməkçisi: Dennis İqler (Fransa)
İstanbul (Türkiyə), "Tüpraş" stadionu.

Oxşar xəbərlər

"Frayburq" və "Aston Villa" titul uğrunda mübarizə aparacaq - Avropa Liqası
Avropa Liqasının himni, Çempionlar Liqasının oyunu - PSJ və "Barselona" yarımfinalda
1/4 finalın cavab oyunlarının hakimləri açıqlandı - Çempionlar Liqası
"Barselona" "Borussiya"ya, PSJ "Aston Villa"ya qarşı
Bu gün finaldır - AVRO 2024

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər