reklam
Avropa Liqasının himni, Çempionlar Liqasının oyunu -
Sportfm.az xəbər saytı

Avropa Liqasının himni, Çempionlar Liqasının oyunu -PSJ və "Barselona" yarımfinalda


UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. "Borussiya" doğma meydanda "Barselona” ilə üz-üzə gəlib. Matçda Almaniya təmsilçisi 3:1 hesablı qələbə qazansa da, bu, yarımfinala çıxmaq üçün yetərli olmayıb.

"Aston Villa" isə PSJ ilə qarşılaşıb. Birmingem təmsilçisi gərgin keçən qarşılaşmada 3:2 hesabı ilə qalib gəlməyinə baxmayaraq, ilk matçdakı 1:3 hesablı məğlubiyyət Paris klubunu yarımfinala yüksəldib. Oyunun əvvəlində Çempionlar Liqasının himninin əvəzinə, Avropa Liqasının himni səsləndirilib.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

23:00 “Borussiya” (Dortmund)- “Barselona” 3:1 (İlk oyun - 0:4)

Qollar: S.Quirassi,11(pen), 49,76, - R.Bensabaini,54(ö.q)

23:00 “Aston Villa” - PSJ 3:2 (İlk oyun - 1:3)

Qollar: Y.Tielemans,35, J.Mcqin,55, E.Konsa,58, - A.Hakimi,11, N.Mendes,28

Oxşar xəbərlər

İlk yarımfinalçılar bəlli olur - Çempionlar Liqası
"Barselona" "Borussiya"ya, PSJ "Aston Villa"ya qarşı
“Real” “Atletiko”nu məğlub etdi - Çempionlar Liqası
“Real” “Atletiko”nu məğlub etdi - Çempionlar Liqası
"Barselona" evdə rəqibi ilə bacarmadı, "Borussiya" yarımfinala çıxdı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər