Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sabah"da yeni baş məşqçi - RƏSMİ
“Sabah” basketbol komandasına yeni baş məşqçi təyin olunub.
Sportfm.az xəbər verir ki, serbiyalı mütəxəssis Lazar Spasiç ilə 3 illik müqavilə bağlanılıb.
Onun məşqçilər korpusuna Anatoli Boisa (köməkçi məşqçi), Saşa Miliçeviç (köməkçi məşqçi) və Vlade Draskoviç (fiziki hazırlıq üzrə məşqçi) daxil olacaq.
Yeni baş məşqçi mayın 16-da istefaya göndərilmiş Rimas Kurtinaytisi əvəzləyib.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Lazar Spasiç karyerasına 2013-cü ildə Serbiyanın “Mladost Zemun” klubunda köməkçi məşqçi kimi başlayıb. 2016-cı ildən baş məşqçi kimi çalışan Spasiç “Rtanj”, “Zdravlje Leskovac” və “Vrşac” komandalarına rəhbərlik edib.
Mütəxəssis 2024/2025 mövsümündə “Vrşac” klubu ilə Serbiya Basketbol Liqasının qalibi olub və komandanın son illərdəki ən uğurlu nəticələrindən birinə imza atıb. O, karyerası ərzində gənc basketbolçuların inkişafına verdiyi önəm, nizam-intizamlı oyun sistemi və müasir basketbol yanaşması ilə seçilib.
Spasiç son olaraq Almaniya Bundesliqasının təmsilçisi “EWE Baskets Oldenburg” klubunda baş məşqçi işləyib.

Oxşar xəbərlər
"Gəncə"də yeni məşqçi - Təyinat
“Ordu” klubunda yeni məşqçi
“Qəbələ”də türkiyəli məşqçi
"Neftçi"də daha bir məşqçi - TƏYİNAT
“Neftçi”də yeni məşqçilər - Təyinat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası