reklam
Yaşlı qadını döyən MMA döyüşçüsü cəzalandırıldı -
Sportfm.az xəbər saytı

Yaşlı qadını döyən MMA döyüşçüsü cəzalandırıldı -VİDEO


Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova məxsus "Axmat" klubu qarışıq döyüş növləri (MMA) üzrə idmançısı Cihad Yunusovla yollarını ayırıb.

Sportfm.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, bu qərarı onun oğlu və regionun idman naziri Axmat Kadırov idmançının mənəvi, etik və əxlaqi normalara uyğun gəlməyən davranışına görə qəbul edib.

Bundan əvvəl sosial şəbəkələrdə Qroznıdakı yaşayış binalarından birinin girişində çəkilmiş görüntülər yayılmışdı. Kadrlarda kişi ilə qadın arasında müşahidə kamerasına görə yaranmış mübahisə əks olunub.

Qeyd edək ki, Cihad Yunusov 2012-ci ildən peşəkar MMA döyüşlərində çıxış edir. Onun aktivində 19 qələbə və 7 məğlubiyyət var.

Oxşar xəbərlər

Çimayev titulunu qoruya bilmədi - UFC
41 yaşlı UFC döyüşçüsü dünyasını dəyişdi
18 yaşında oğlunu prezident təyin etdi
Kadırov onun atasına avtomobil bağışladı - FOTO
“İnter” rəhbərliyində dəyişiklik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər