reklam
Avropa Kubokunda uğurlu start
Sportfm.az xəbər saytı

Avropa Kubokunda uğurlu start


Polşanın Bielsko-Biala şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku start götürüb.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisi ilk yarış gününü 8 medalla başa vurub. Onlar 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

İbrahim Talıbov (-55 kq) və Könül Eyvazlı (-48 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlkin Qarayev (-66 kq) və Zəhra Quliyeva (-40 kq) yarışı gümüş medalla tamamlayıblar.

Nihad Ağayev (-50 kq), Rza Xəlilli (-55 kq), Mehman Əsgərov (-60 kq) və Pərvin Sevxanlı (-44 kq) isə bürünc mükafata sahib çıxıblar.

İlk yarış gününün ardından Azərbaycan komandası medal əyarına görə ümumi hesabda birinci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Yığmamız Avropa birincisi oldu - UĞUR
Cüdoçularımızdan ilk günündə böyük uğur - Avropa Kuboku
İlk gündə 2 qızıl, 2 bürünc - Avropa kuboku
Cüdoçularımız Avropa Kubokunda 5 medal qazandı
Cüdoçularımız qızıl medal qazana bilmədi - Avropa Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər