reklam
Sportfm.az xəbər saytı

"Araz-Naxçıvan" və "Qəbələ” qalib gəldi -Premyer Liqa


Misli Premyer Liqasında 32-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə turnir cədvəlinin autsayderləri üz-üzə gəlib. "Karvan-Yevlax" öz meydanında "Qəbələ"ni qəbul edib. Oyun "Qəbələ"nin 2:1 hesablı qalibiyyəti ilə bitib. Komandaların əvvəlki 2 dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb.

Günün digər matçında isə "Kəpəz" "Araz-Naxçıvan"ın qonağı olub. Oyunda Naxçıvan təmsilçisi qələbə qazanıb. Tərəflərin həm 1-ci, həm də 2-cü dövrədəki oyununda "Araz-Naxçıvan" eyni hesabla qalib gəlib - 2:0.

15 may (cümə)

Misli Premyer Liqası, 32-ci tur

19:30 "Araz-Naxçıvan" – "Kəpəz" - 2:0

Qollar: Patrik Anrade, 36, Ramon Maçado, 76
Baş hakim: Rəşad Əhmədov
SOCAR Polymer Arena

17:00 "Karvan-Yevlax" – "Qəbələ" - 1:2

Qollar: Olavale Doyeni, 54 (1:0), İbrahim Sanqare, 56 (1:1), Domi Massumo, 67 (1:2)
Baş hakim: Əli Əliyev
Yevlax şəhər stadionu

16 may (şənbə)

17:00. “Şamaxı” – “Turan Tovuz”

17:00. “Qarabağ” – “İmişli”

17 may (bazar)

18:00. “Zirə” – “Sumqayıt”

18:00. “Sabah” – “Neftçi”

Bombardirlər:

Coy Lens Mikels (“Sabah”) - 19 qol

Bassalu Sambu ("Neftçi") - 11 qol

Velko Şimiç (“Sabah”) - 11 qol

Emin Mahmudov ("Neftçi") - 10 qol

Joarlem Santos ("Turan Tovuz") - 10 qol

Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol

Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol

Karim Rossi ("Şamaxı") - 9 qol

Leandro Andrade ("Qarabağ") - 9 qol

Oxşar xəbərlər

“Kəpəz” “Sumqayıt”a, “Araz-Naxçıvan” “İmişli”yə qarşı - Premyer Liqa
“İmişli” “Turan Tovuz”a, “Zirə” “Şamaxı”ya, “Araz-Naxçıvan” “Sabah”a qarşı - Premyer Liqa
“Karvan-Yevlax” “Sumqayıt”a qarşı - Premyer Liqa
"Karvan-Yevlax" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa
"Qarabağ" "Qəbələ"yə, "Şamaxı" "Araz-Naxçıvan"a qarşı - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər