reklam
PIF DÇ-2026-nın rəsmi tərəfdaşı oldu
Sportfm.az xəbər saytı

PIF DÇ-2026-nın rəsmi tərəfdaşı oldu


Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) 2026-cı il dünya çempionatının rəsmi tərəfdaşlarından biri olub.

Sportfm.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, fond Şimali Amerika və Asiya regionları üzrə mundialın rəsmi dəstəkçisi elan edilib.

Razılaşmaya əsasən, PIF və FİFA uşaq, gənclər və qadın futbolunun inkişafı, həmçinin infrastruktur və təhsil proqramlarının dəstəklənməsi istiqamətində birgə fəaliyyət göstərəcək.

Maliyyə detalları açıqlanmasa da, tərəflər arasında imzalanan sazişin 2025-ci il Klublararası Dünya Çempionatı üçün qurulan tərəfdaşlığın davamı olduğu vurğulanıb.

Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada baş tutacaq.

Oxşar xəbərlər

DÇ-2026-nın mükafat fondu artırılacaq
DÇ-2026-nın afişası təqdim edildi - FOTO
Dünya çempionatının səbətləri açıqlandı
DÇ-2026-nın rəsmi topu təqdim edildi
Mundial üç ölkədə keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər