reklam
İki güləşçimiz yarımfinalda -
Sportfm.az xəbər saytı

İki güləşçimiz yarımfinalda -Avropa çempionatı


Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, bu gün Azərbaycanın 5 qadın güləşçisi xalça üzərinə çıxıb.

Gülxanım Şirinova 1/4 finalda rusiyalı Zlata Koreşovaya 3:12 hesabıyla məğlub olub.

Nuray Cəfərli makedoniyalı Frosina Atanasovaya "tuş"la, macarıstanlı Vivyen Sentpala isə 7:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda polşalı Yuliya Palkayla güləşəcək.

Fatimə Bayramova türkiyəli Ecrin Salikə "tuş"la, ukraynalı Kamilla Pihora isə 6:3 hesabıyla qalib gələrək 1/2 finala adlayıb. Fatimə yarımfinalda macarıstanlı Mariya Jitovozla güləşəcək.

Fidan Babayeva 1/8 finalda isveçrəli İnez Airaksinenə "tuş"la məğlub olub.

Simurə Abdullayeva bolqarıstanlı Nataliya Tasevaya "tuş"la qalib gəlsə də, 1/4 finalda türkiyəli Kıymet Tezcana 6:17 hesabıyla uduzub.

Oxşar xəbərlər

Anar Cəfərli yarımfinalda - Dünya çempionatı
Güləşçimiz finala çıxdı - Avropa çempionatı
Daha iki güləşçimiz finalda - UĞUR
Güləşçilərimiz finala yüksəldi
İki güləşçimiz birdən finalda - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər