Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Güləşçilərimiz finala yüksəldi
Azərbaycanın üç sərbəst güləşçisi Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında finala yüksəlib.
Sportfm.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Camal Abbasov (61 kq) italiyalı Paskuale Liuzziyə (7:2), slovakiyalı Robert Meszarosa (10:0) və belaruslu Yanis Katoka (tuş) qalib gələrək yarımfinala yüksəlib.
C.Abbasov yarımfinalda türkiyəli Tolqa Özbekdən güclü olub – 5:1. O, finalda rusiyalı Andrey Midlovetslə qarşılaşacaq.
Əhməd Əhmədli (74 kq) təsnifat mərhələsində türkiyəli İbrahim Yapraka 1:4 hesabıyla məğlub olub.
Sadiq Mustafazadə (86 kq) israilli Tomer Drojniyaka (10:0), ukraynalı Pavlo Vaskovskiyə (12:2) və belaruslu Aleksey Kulakova (6:5) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Güləşçi yarımfinalda moldovalı Aleksandru Borsla gərgin mübarizə şəraitində keçən qarşılaşmada sevinən tərəf olub – 9:7. S.Mustafazadə finalda rusiyalı İbrahim Kadiyevlə güləşəcək.
Anar Cəfərli (92 kq) italiyalı Vassili Quccini (12:0) və belaruslu Vadim Bandarkov (8:0) üzərində inamlı qələbə qazanıb. İdmançı yarımfinalda bolqarıstanlı Sali Saliyevə də heç bir şans tanımayıb – 10:0. A.Cəfərli finalda rusiyalı Mustafagadji Malaxdibirovla üz-üzə gələcək.
Yusif Dursunov (125 kq) ermənistanlı Henrik Haykyanı (4:3) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Xabib Davudqadjiyevlə bacarmayıb – 2:10. Rəqib finaladək irəlilədiyi üçün Y.Dursunov sabah təsəlliverici görüşdə italiyalı Martino Piliero ilə qarşılaşacaq.

Oxşar xəbərlər
İki güləşçimiz birdən finalda - Avropa çempionatı
Güləşçimiz finala yüksəldi - Avropa çempionatı
Rzayev finalda - Avropa çempionatı
Güləşçilərimiz Avropa çempionatının finalında
İki güləşçimiz finalda, ikisi bürünc qazandı - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin