Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qəbələ”ni 10 min cərimə etdilər -QƏRAR
AFFA Asif Məmmədova görə “Qəbələ”ni 10 min manat cərimələyib.
Sportfm.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Premyer Liqanın 31-ci turunda, mayın 9-da keçirilən “Qəbələ” – “Qarabağ” matçının 86-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Buna görə oyunçu dörd matçlıq cəzalandırılıb, bölgə təmsilçisi isə 10 min manat cərimələnib.
Həmin qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması klubu əlavə 2 500 manat, meydançaya kənar əşya atılması isə 2 000 manat ziyana salıb.
Mayın 10-da baş tutan “Neftçi” – “Şamaxı” oyununda dörd futbolçusu sarı vərəqə ilə xəbərdarlıq alan qonaq komanda 700 manat cərimə edilib.

Oxşar xəbərlər
AFFA cərimə yağdırdı - 5 klub "tərlədi"
"Qarabağ"ın kassasından 1500 manat çıxdı
Tovuz klubu 3 qaydanı pozduöu üçün cərimələndi
AFFA klubları cərimələdi və cəzalandırdı
“Turan Tovuz” cərimə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası