Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
"Qarabağ"ın kassasından 1500 manat çıxdı
AFFA İntizam Komitəsinin Azərbaycan Premyer Liqasının 31-ci turu ilə bağlı qərarları açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu gün baş tutan iclasda 5 oyunda qeydə alınan qayda pozuntuları müzakirə olunub:
“Turan Tovuz” – “Sumqayıt” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Matçın birinci hissəsi bitdikdən sonra “Turan Tovuz”un azarkeşləri tərəfindən meydana kənar əşya atıldığından klub 800 manat cərimə olunub. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslər daxil olduğu üçün bölgə təmsilçisi 800 manat ziyana düşüb. “Sumqayıt” klubu isə 4 futbolçusu sarı vərəqə aldığından 700 manat cərimələnib.
“Qarabağ” – “Qəbələ” oyununun 66-cı dəqiqəsində azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün Ağdam təmsilçisi 1500 manat cərimə edilib.
“Zirə” – “Neftçi” matçının 67-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ceyhun Nuriyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu isə 500 manat cərimələnib. “Zirə” görüş bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə isə 800 manat cərimə ödəyəcək.
“Kəpəz” – “Sabah” görüşünün 87-ci dəqiqəsində azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə bölgə təmsilçisi 800 manat cərimə edilib.

Oxşar xəbərlər
AFFA cərimə yağdırdı - 5 klub "tərlədi"
Tovuz klubu 3 qaydanı pozduöu üçün cərimələndi
AFFA klubları cərimələdi və cəzalandırdı
İntizam Komitəsinin qərarları açıqlandı
“Turan Tovuz” cərimə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Səbail" hamını aldadıb, qanunları pozur, işçilərin maaşlarını vermir - HADİSƏ
-
"Zirə"nin sabiq futbolçusunun tələbi təmin edildi
-
Karateçilərimiz Moldovada 6 medal qazandı
-
Yeni mövsümün püşkü atıldı - Avropa Liqası
-
“Qəbələ”nin yay hazırlıq planı bilindi
-
Fransa - Azərbaycan matçının stadionu məlum oldu - DÇ-2026