Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
31-ci duel -Azərbaycan Kuboku
Futbol üzrə Azərbaycan kubokunun finalında üz-üzə gələcək “Sabah”la “Zirə” arasındakı matç tərəflər arasında 31-ci duel olacaq.
Sportfm.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, indiyədək yalnız Premyer Liqada qarşılaşan komandalar arasında 30 matç baş tutub.
Bu görüşlərdə “Sabah” 12, “Zirə” 8 dəfə qalib gəlib. 10 qarşılaşmada heç-heçə qeydə alınıb.
72 qolun vurulduğu duellərdə “Sabah” üstündür. Masazır təmsilçisi 40, Zirənin eyniadlı klubu 32 qola sevinib.
“Sabah” – “Zirə” qarşılaşmalarında 42 futbolçu qol sevinci yaşayıb. “Sabah”ın 24, “Zirə”nin 20 oyunçusu rəqib qapısına yol tapıb. Davit Volkovla Xulio Sezar Rodrigez hər iki komandanın heyətində fərqlənib.
7 qola sevinən Volkov duellərin ən məhsuldar oyunçusudur. O, “Zirə”də 6, “Sabah”da 1 dəfə sevinib. Xulio isə 3 dəfə masazırlıları, 2 dəfə zirəliləri sevindirməyi bacarıb.
Volkov “Zirə”də 6 qol vurduğu kimi Coy Lens Mikels də eyni sayda topu “Sabah”da vurub. Beş futbolçunun aktivində 3 qol var. Hamidu Keyta “Zirə”də, Amadu Diallo, Kevin Kubemba, Marko Deviç və Velko Simiç “Sabah”da buna nail olub.
Əvvəlki 30 dueldə yeganə het-trik Volkovun hesabındadır. 8 dubl qeydə alınıb. Marko Deviç, Velko Simiç, Amadu Diallo, Coy Lens Mikels və Kevin Kubemba “Zirə”nin, Hamidu Keyta, Nicat Süleymanov və Xulio Sezar Rodriqez “Sabah”ın qapısına 2 qol vurub.

Oxşar xəbərlər
“Araz-Naxçıvan” məğlub oldu - Premyer Liqa
“İmişli” “Turan Tovuz”a, “Zirə” “Şamaxı”ya, “Araz-Naxçıvan” “Sabah”a qarşı - Premyer Liqa
"Sabah" "Şamaxı"ya qarşı - Misli Premyer Liqası
Davit Volkovdan bir ilk - Het-trik
“Sabah” – “Zirə”: 6-cı qarşılaşma
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası