reklam
Zeynalov Avropa ikincisi oldu -
Sportfm.az xəbər saytı

Zeynalov Avropa ikincisi oldu -Uğur


Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına start verilib.
Sportfm.az xəbər verir ki, qitə çempionatının ilk günündə K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan Sabir Zeynalov 1/4 finalda Polşadan olan Kasjan Mikolajczak üzərində qələbə qazanaraq yarımfinala yüksəlib.

Yarımfinal mərhələsində Türkiyə təmsilçisi Ali Can Özcan zədə səbəbindən döyüşə çıxmadığı üçün Azərbaycan təmsilçisi finala vəsiqə qazanıb.

Finalda isə Paralimpiya çempionu israilli Asaf Yasur ilə qarşılaşan Sabir Zeynalov son raundda məğlub olub və bununla da karyerasında ilk dəfə parataekvondo üzrə Avropa çempionatının gümüş medalını qazanıb.

Oxşar xəbərlər

4 boksçumuz Avropa çempionatının finalında
Taekvonduçularımızın 2024-cü ildə qazandığı medalların sayı açıqlandı
Parataekvondoçumuz yarımfinalda - Paris-2024
İdmançımız Avropa ikincisi oldu - UĞUR
İki cüdoçumuz Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər