reklam
Sportfm.az xəbər saytı

"Turan" 32 il sonra avrokuboklarda - UĞUR


Bu gün Premyer Liqada 31-ci tura yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.

Əvvəlcə “Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edib. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Tovuz klubu 59 xalla 3-cü, Yevlax təmsilçisi isə 14 xalla 12-ci, sonuncu pillədə qərarlaşıb.

Beləliklə, Tovuz təmsilçisi növbəti mövsümdə ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olacaq. "Karvan-Yevlax" isə gələn mövsüm birinci liqada mübarizə aparacaq.

Cari mövsüm tərəflər arasında baş tutan oyunlarda “Turan Tovuz” üstündür. Kurban Berdıyevin komandası ilk dövrədə 2:1, ikincidə isə 1:0 hesablı qələbə qazanıb.

Tura “Neftçi” - “Şamaxı” matçı ilə yekun vurulacaq. Paytaxt klubu 50 xalla 4-cü, bölgə təmsilçisi isə 35 xalla 8-ci pillədədir.

“Neftçi” və “Şamaxı” arasında ilk iki dövrədə keçirilən matçlarda qalib aşkarlanmayıb - 1:1 və 2:2.

10 may

17:00. “Turan Tovuz” - “Karvan-Yevlax” - 1:0

Qol: Ayxan Hüseynov, 45+1

Baş hakim: Əkbər Əhmədov

Tovuz şəhər stadionu

Oxşar xəbərlər

Tovuzda bərabərlik - Premyer Liqa
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi - Premyer Liqa
“Kəpəz” “Qəbələ”, “Sumqayıt” “Neftçi” ilə üz-üzə - YENİLƏNİR
“Karvan-Yevlax” gəldiyi yerə qayıdır - Premyer Liqa
"Neftçi" "Karvan-Yevlax"a qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər