reklam
“Karvan-Yevlax” gəldiyi yerə qayıdır -
Sportfm.az xəbər saytı

“Karvan-Yevlax” gəldiyi yerə qayıdır -Premyer Liqa


Bu gün keçirilən iki oyunla Misli Premyer Liqasında 17-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” “Sumqayıt”la üz-üzə gəlib. Tovuz stadionunun qazonu hazır vəziyyətdə olmadığı üçün Sumqayıtda keçirilən bu görüşdə nominal meydan sahibi “Turan Tovuz” olub.

Matç "Turan Tovuz"un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, Tovuz təmsilçisi xal sayını 30-a çatdıraraq 3-cü pilləyə yüksəlib. İlk dövrənin matçında “Turan Tovuz” səfərdə “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edib.

Turun son matçında isə lider “Sabah” “Karvan-Yevlax”ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə paytaxt klubu xal sayını 40-a çatdıraraq liderliyini möhkəmləndirib. Yevlax təmsilçisi isə 6 xalla sonuncu pillədə qərarlaşıb. Bu komandalar arasında ilk dövrədə baş tutan görüşdə “Sabah” rəqibini 2 cavabsız qolla üstələyib.

25 yanvar (bazar)

18:30. “Sabah” - “Karvan-Yevlax” - 4:1

Qol: Aron Maluda, 9 (1:0), Aron Maluda, 22 (2:0), Umarali Raxmonaliyev, 32 (3:0), Olavale Doyeni, 83 (3:1), Velko Simiç, 84 (4:1)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
“Bank Respublika Arena”

Oxşar xəbərlər

“Turan Tovuz” “Sumqayıt”a, “Sabah” “Karvan-Yevlax”a qarşı - Premyer Liqa
"Turan Tovuz" "Neftçi" ilə bərabərə qaldı, "Zirə" "Kəpəz"i məğlub etdi - Premyer Liqa
"Zirə" və "Karvan-Yevlax" qalib gələ bilmədi - Premyer Liqa
“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı
"Turan Tovuz" liderliyə yüksəldi - Premyer Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər