reklam
Məmmədəliyev “bürünc” uğrunda yarışacaq -
Sportfm.az xəbər saytı

Məmmədəliyev “bürünc” uğrunda yarışacaq -Böyük Dəbilqə


Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda yarışacaq.

Sportfm.az xəbər verir ki, 1/8 finalda qazaxıstanlı Yersultan Duysenxanı məğlub edən cüdoçu 1/4 final mərhələsində özbəkistanlı Nizomeddinxujo Toşpulatovdan üstün olub.

Rəşid yarımfinalda Fabio Basileyə uduzub. Onun bürünc medal uğrunda yarışdakı rəqibi Monqolustan cüdoçusu Anxzaya Lavjarqal olacaq.

70 kq çəki dərəcəsində yarışan Südabə Ağayeva isə 1/8 finalda almaniyalı Miriam Butkereytə uduzub.

“Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.

Oxşar xəbərlər

2 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
2 cüdoçumuz mübarizəyə başlayır - Böyük Dəbilqə
Cüdoçumuz “Böyük Dəbilqə”də qızıl medal qazandı - Uğur
Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazandı
Cüdoçumuz bürünc medal qazandı - Böyük Dəbilqə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər