reklam
Sportfm.az xəbər saytı

"Zirə" Qubada, "Kəpəz" Masazırda meydana çıxacaq -Premyer Liqa


Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun ilk 2 oyunu keçiriləcək.

Sportfm.az xəbər verir ki, tura Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Zirə" arasındakı görüşlə start veriləcək.

Saat 16:30-da başlanacaq görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək.

Hazırda "İmişli" 32 xalla 9-cu pillədə gedir və gələn mövsüm də elitada yerini təmin edib. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" isə 49 xalla 5-cidir.

Günün digər görüşündə çempion "Sabah" Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Kəpəz"i qəbul edəcək. "Bank Respublika Arena"da saat 19:30-da start götürəcək qarşılaşma baş hakim Elvin Bayramova tapşırılıb.

Hazırda "Sabah" 75 xalla 1-ci, "Kəpəz" isə 24 xalla 10-cudur.


8 may (cümə)


16:30. “İmişli”– “Zirə”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin Əliyev
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Quba OİK stadionu


19:30. “Sabah” – “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Bank Respublika Arena”

Qeyd edək ki, turun qalan oyunları 9-10 mayda keçiriləcək.

Oxşar xəbərlər

Bayram günü "Qarabağ" meydana çıxır - Premyer Liqa
“Qəbələ” – “Sabah” matçı Rauf Cabarova tapşırıldı - Premyer Liqa
Premyer Liqada qalmaq uğrunda mübarizə - "Kəpəz" "Neftçi"yə qarşı
“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı - Misli Premyer Liqası
"Səbail" Masazırda qalib gələ biləcəkmi? - Azərbaycan Premyer Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər