reklam
“Şamaxı”dan 10-cu dəfə böyükhesablı məğlubiyyət -
Sportfm.az xəbər saytı

“Şamaxı”dan 10-cu dəfə böyükhesablı məğlubiyyət -Azərbaycan çempionatları


“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 10-cu dəfə öz meydanında böyük hesabla uduzub.

Sportfm.az xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Misli Premyer Liqasının XXX turunda “Sabah”a 0:3 hesabı ilə məğlub olub. Komanda 363-cü ev oyununda buna üzülüb.

“Şamaxı” tarixində bir mövsümdə 3-cü dəfə öz meydanında üç və ya daha çox top fərqi ilə uduzub. “Sabah”a qədər onların qonağı olan “Kəpəz” 4:1, “Qəbələ” 4:0 hesablı səfər qələbəsinə nail olub. Bunadək antirekord iki belə nəticənin yaşandığı 2022/23 mövsümündə qeydə alınmışdı.

Komandanın öz meydanında ilk ağır yenilgisi isə 2000/01 mövsümünə təsadüf edib. 2000-ci il oktyabrın 20-də “Neftçi” “Xəzər Universiteti” adlanan rəqibinin meydanında 4:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər

"Şamaxı" üçün ikiqat yubiley - Premyer Liqa
"Şamaxı"nın 30-cu böyük hesablı yenilgisi
Dörd ad altında çıxış etmiş klub 25-ci dəfə böyük hesabla qalib gəldi
“Şamaxı” 700-cü oyununu keçirdi
"Şamaxı"nın 20 ildən sonrakı rekordu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər