reklam
Sportfm.az xəbər saytı

"Şanslardan istifadə etsəydik, başqa cür olardı" -Kurban Berdıyev


Azərbaycan Premyer Liqasının XXX turunda "Turan Tovuz" səfərdə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.

Sportfm.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ümumilikdə ağır oyun oldu. "Qarabağ" matçın çox hissəsində təşəbbüsə yiyələnmişdi. İkinci hissənin əvvəlində buraxılan qol oyunumuza təsir etdi. Sonda cəhdlərimiz oldu ki, vəziyyəti düzəldək. Amma alınmadı.

- Denis Marandiçi ilyarımdır yoxdur. Onun sağlamlığı və aqibəti necə olacaq?

- Əməliyyatı yaxşı keçib. Növbəti mövsümə qayıdacağına ümid edirik.

- Çoxsaylı real qol epizodlarını qaçırmağınızın səbəbi nədir?

- Fikirləşirəm ki, həyəcanla bağlı idi. Şanslardan istifadə etsəydik, başqa cür olardı.

- İkinci yer uğrunda həlledici matç idi. Futbolçularda mübarizliyi, motivasiyanı hiss etdiz?

- Ona görə dedim ki, həyəcan var idi. Nəzəri baxımdan şansın olması, bir az həyəcana səbəb oldu.

Oxşar xəbərlər

"Azarkeşləri məyus etdiyimiz üçün özümüzü yaxşı hiss etmirik" - Kurban Berdıyev
"Karyeramda ilk qırmızı vərəqə idi" - Kurban Berdıyev
"Kimin oynamasının fərqi yoxdur" - Kurban Berdıyev
"Qələbə hesabını qoruya bilmədik" - Kurban Berdıyev
Kurban Berdıyev "Neftçi"nin udmadıqları üçün təəssüfləndi: Biz çoxuna ümid edirdik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər