Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Bədii gimnastika üzrə Dünya Kuboku davam edir -BAKIDA
Milli Gimnastika Arenası növbəti dəfə möhtəşəm idman hadisəsinə ev sahibliyi edir.
Sportfm.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, artıq 13-cü dəfədir ölkəmizdə keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna 42 ölkədən ən istedadlı gimnastlar toplaşıblar. Bu kuboku digərlərindən fərqləndirən əsas məqam onun "Los-Anceles-2028" Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşımasıdır.
Üç gün davam edəcək yarış zamanı gimnastlar halqa, top, lent və gürzlər kimi müxtəlif alətlərlə fərdi proqramlarda, eləcə də 3 halqa + 2 cüt gürz və 3 top + 2 cüt gürz kombinasiyaları üzrə qrup hərəkətlərində qüvvələrini sınayacaqlar.
Kubokun ilk 2 günü təsnifat mərhələsi keçiriləcək, sonuncu gün isə finallar baş tutacaq. Bu gün start götürən yarışlara aprelin 19-da yekun vurulacaq.
Yarışın sonunda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup hərəkətləri komandası ənənəyə uyğun olaraq “AGF Trophy” mükafatına layiq görüləcək.

Oxşar xəbərlər
Bu gün Bakıda Dünya Kubokuna start veriləcək - Bədii gimnastika üzrə
Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürür
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək
İsrail gimnastı Bakıda Dünya Kubokunda birinci oldu
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası