reklam
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Sportfm.az xəbər saytı

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır


Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bu gün Azərbaycanın daha 4 cüdoçusu tatami üzərinə çıxacaq.

Sportfm.az xəbər verir ki, kişilər və qadın cüdoçuların hər biri mübarizəyə 1/32 final mərhələsindən başlayacaq.

Kişi cüdoçulardan 73 kq çəki dərəcəsində Avropa çempionları Hidayət Heydərov ilə Rüstəm Orucov yarışacaq. Qadınlardan isə Səkinə Zayirova və İçinxorlo Munxtsedev qüvvəsini sınayacaq.

73 kq
1/32 final. Hidayət Heydərov - Ahmed əl-Meziati (Mərakeş)
1/32 final. Rüstəm Orucov - Akil Qyakova (Kosova) / Xavyer Ramires (İspaniya) cütünün qalibi

57 kq
1/32 final. Səkinə Zayirova - Viktoriya Mayorosova (Slovakiya)
1/32 final. İçinxorlo Munxtsedev - Xayone Ekuisoayn (İspaniya)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, yarımfinal, təsəlliverici və final qarşılaşmaları saat 18:00-da başlayacaq.

Qeyd edək ki, hələlik Azərbaycan yığmasından Orxan Səfərov (60 kq) gümüş medal qazanıb.

Oxşar xəbərlər

Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Avropa çempionatı
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır
Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Heydərov Avropa çempionatında yarımfinala yüksəldi
Dünya çempionatı: Cüdoçularımızın ilk rəqibləri bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər