Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır -Avropa çempionatı
Bu gün Azərbaycanın daha 2 cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında döşək üzərinə çıxacaq.
Sportfm.az xəbər verir ki, 73 kq-da çıxış edən Hidayət Heydərovla Rüstəm Orucov ikinci yarış günündə medal qazanmağa çalışacaqlar. Hər iki cüdoçu mübarizəyə 1/16 finaldan başlayacaq.
Heydərov polşalı Adam Stodolski ilə münasibətlərinə aydınlıq gətirəcək. Orucov isə irlandiyalı Coşua Qrini sınağa çəkəcək.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan heç biri medal qazana bilməyiblər. Yarış mayın 1-də başa çatacaq.
Oxşar xəbərlər
Hidayət Heydərov və Rüstəm Orucov mübarizəyə başlayır - Dünya çempionatı
Hidayət Heydərov Avropa çempionu oldu - Rüstəm Orucovdan bürünc medal
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır - Böyük Dəbilqə
Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası