reklam
Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
Sportfm.az xəbər saytı

Daha iki cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır


Bakıda davam edən cüdo üzrə dünya çempionatında bu gün fərdi mübarizəyə yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, yeddinci yarış günündə Azərbaycanın iki cüdoçusu - Uşangi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) tatami üzərinə çıxacaq. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq. Onlar ilk görüşlərini müvafiq olaraq, belaruslu Vladislav Terpitski və litvalı Sandra Yablonskiteyə qarşı keçirəcəklər.

İlk görüşlər saat 10:00-da start götürəcək. Saat 16:00-dan etibarən isə medal qarşılaşmaları başlayacaq.

Qeyd edək ki, geridə qalan 6 yarış günündə Azərbaycan idmançılarından Aişə Qurbanlı (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinxorlu Munxtsedev (57 kq), Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Zelim Kotsoyev (hər ikisi 100 kq) çıxışlarını başa vurublar. Onlardan yalnız Heydərov dünya çempionatının bürünc medalını qazanıb.

Dünya çempionatına sentyabrın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.

Oxşar xəbərlər

Sonuncu cüdoçumuz da mübarizəyə başlayır - Dünya çempionatı
Cüdoçularımızın ilk rəqibləri bilindi - Böyük Dəbilqə
Avropa Oyunlarında Azərbaycanı 15 cüdoçu təmsil edəcək
Avropa Oyunlarına 13 cüdoçu ilə yollanırıq
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər