reklam
“Yuventus” 1-ci, “Qarabağ” 6-cı pillədə
Sportfm.az xəbər saytı

“Yuventus” 1-ci, “Qarabağ” 6-cı pillədə


Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ"ın qonağı olan "Qəbələ" də rəqibinin seriyasını qıra bilməyib.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi ev oyunlarında 2-dən az top buraxmaqla ad çıxarıb.

Əyalət klubu ardıcıl 26 çempionat matçıdı ki, qonaqlara 1-dən artıq qol sevinci yaşatmır. Bu da dünyanın ən uzun seriyalarından biridi.

Yeni açıqlanan seriyalar siyahısında "Qarabağ"ın bu göstəricisi dünyada 6-cıdı.

Rekord isə "Yuventus"la "Olimpiakos"a məxsusdu. İtaliya və Yunanıstan çempionları 41 turdu 2-dən çox qol buraxmır. Makedoniya "Vardar"ı 35, Avstriya "Zalsburq"u 34, Əlcəzair "Saura" 30 oyundu evdə 2 və ya daha çox top buraxmır.

Qeyd edək ki, daha bir Əlcəzair klubu "Kabbili" də 26 oyunluq seriyaya malikdi.

Oxşar xəbərlər

“Qarabağ”dan iki rekord
“Qarabağ” “Neftçi”nin rekordunun iki addımlığında
"Qarabağ"ın seriyaları
10 ilin ən yaxşısı
İki klubumuz dünyanın ən yaxşıları sırasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər